Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Unikal.org report-a istinadən xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə E.Quliyev bildirib ki, bura gələnlər öyrədilib. Zərərçəkmiş Maqsud Mahmudov buna etiraz edib. Onunla E.Quliyev arasında mübahisə düşüb.

"Elçin Quliyev kimi ləyaqətsizlər, quldur generallar MTN-i dağıtdılar", - M.Mahmudov bildirib.

E.Quliyev M.Mahmudovu dələduz adlandırıb. M.Mahmudov da onu şərəfsiz adlandırıb.

Hakim M.Mahmudovu zaldan çıxarıb.

Məhkəmənin növbəti iclası sentyabrın 22-nə təyin edilib.