Səudiyyə Ərəbistanı hökuməti "WhatsApp" və "Skype" messencerlərində səsli zənglərə qoyulan qadağanı götürüb.

Unikal.org xəbər verir ki, krallığın Rabitə Nazirliyi "Voice over Internet Protocol"un (VoIP) istifadəçiləri üçün sentyabrın 20-dən əlçatan olacağını bildirib.

Səudiyyə hökuməti əvvəllər VoIP-ə "qaydalara riayət etməkdən imtina etdiyi üçün" rədd cavabı vermişdi.

Səudiyyə Ərəbistanında internet senzurası 2011-ci ildə baş verən "Ərəb baharı"ndan sonra güclənib. O zaman hökumət 400 min saytı bloklamaq barədə qərar qəbul edib.