Sabahdan hicri təqvimi ilə Məhərrəm ayı başlayır.

Unikal.org-un məlumatına görə, miladi təqvimi ilə sentyabrın 22-də başlayan Məhərrəm ayı oktyabrın 20-də sona çatacaq.

Məhərrəm ayının 10-cu günü - Aşura oktyabrın 1-nə təsadüf edəcək.

Oktyabrın 21-dən isə Səfər ayı başlayacaq.

İmam Hüseyinin şəhadətinin qırxıncı günü Səfər ayının 20-nə, miladi təqvimi ilə noyabrın 9-na düşür.
28 Səfər (17 noyabr) tarixində isə Məhəmmməd peyğəmbərin (s) vəfatı tarixi qeyd olunacaq.

Səfər ayı miladi təqvimi ilə noyabrın 19-da başa çatacaq.

Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycandakı əksər müsəlmanlar toy mərasimləri keçirmir.