Prezident İlham Əliyev Elçin Quliyevin "Azərbaycan Bayrağı ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə Elçin İsağa oğlu Quliyev "Azərbaycan Bayrağı ordeni ilə təltif edilib.

Qeyd edək ki, E.Quliyev Dövlət Sərhəd Xidmətinin rəisi vəzifəsində çalışır. Sabah - sentyabrın 22-də onun 50 yaşı tamam olur.