“Qarabağ”ın oyununun yeri dəyişdirildi

21 Sentyabr 2017 [17:14]


Topaz Premyer Liqasının 6-cı turunda keçiriləcək "Sumqayıt” – "Qarabağ” oyununun yeri dəyişdirilib.

Unikal.org xəbər verir ki, matç əvvəlcədən nəzərdə tutulduğu kimi "Kapital Bank Arena” yox, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Dəyişikliyə səbəb sentyabrın 27-də Çempionlar Liqasının II turunda "Roma”nı qəbul edəcək "Qarabağ” futbolçularının Sumqayıtdakı süni örtüklü meydançada mümkün zədələrdən yayınmalarıdır. Bakı Olimpiya Stadionu da Respublika stadionu kimi təbii örtüklüdür.

Qarşılaşma sabah saat 19:00-da başlayacaq.

Qeyd edək ki, 6-cı turda meydan sahibi "Qarabağ”, hər iki klubun iştirakı ilə ikinci dövrənin matçında meydan sahibi kimi isə "Sumqayıt” olacaq.










SON XƏBƏRLƏR davamı
2017-12-18
2017-12-17
2017-12-16










SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (9.37%)
Xeyir (90.63%)