SON XƏBƏRLƏR
23 Iyul 2018
22 Iyul 2018
Gəmi sürücüləri də sürücülük vəsiqəsi almalı olacaqlar
CƏMİYYƏT 17:54 / 21.09.2017
Kiçikhəcmli gəmilərin sürücüləri həmin gəmiləri idarə etmək üçün sürücülük vəsiqəsi almalı olacaqlar.

Unikal.org xəbər verir ki, Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı "Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları"nda dəyişiklik edilib.

Dəyişikliklərə əsasən, kiçikhəcmli gəmilərin sürücüləri həmin gəmiləri idarə etmək üçün Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən verilmiş sürücülük vəsiqələrinə malik olmalıdırlar.

İndiyədək mövcud olan qaydalara görə isə kiçikhəcmli gəmilərin sürücüləri Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin İxtisas Komissiyası tərəfindən verilmiş mühərrikli və yelkənli qayıqların idarə olunması hüququnu verən şəhadətnaməyə malik olmalı idilər.