ANS açılacaq? - MTRŞ-dən AÇIQLAMA

21 Sentyabr 2017 [19:52]


Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS televiziyasının yenidən fəaliyyətə başlayacağı haqda şirkətin prezidenti Vahid Mustafayevin fikirlərinə münasibət bildirib.

Unikal.org-un məlumatına görə, MTRŞ-nin aparat rəhbəri Toğrul Məmmədov azvison.az-a bildirib ki, ANS TV-nin açılması mümkün deyil.

"Bu barədə Ali Məhkəmənin qərarı mövcuddur. Şuranın qərarı qüvvədə saxlanılıb. Bundan başqa daha nə demək olar? Faktiki olaraq, Şura qərarını verib. Məhkəmə tərəfindən qərara dəyişiklik olunmayıb”, -deyə T.Məmmədov ANS-lə bağlı məsələyə aydınlıq gətirib.

MTRŞ rəsmisi əlavə edib ki, yaxın vaxtlarda Azərbaycanda yeni telekanalın yaradılması gözlənilmir.

Qeyd edək ki, Vahid Mustafayev müsahibəsində ANS-in yenidən açılacağını bildirib.











SON XƏBƏRLƏR davamı
2017-10-24
2017-10-23












SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (11.36%)
Xeyir (88.64%)


TƏQVİM