Lənkəranda dəmir yol xəttini keçmək istəyən kişini qatar vurub öldürüb. 

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə Lənkəranda sahil parkında qeydə alınıb. Hələlik kimliyi məlum olmayan kişi dəmir yol xəttini keçmək istəyərkən, onu qatar vurub. 

Hadisə yerinə təcili yardım briqadası çağırılsa da, xəsarət alan şəxsi xilas etmək mümkün olmayıb.