Yeni ixtisaslar yaradıldı - Nazirlər Kabinetindən DƏYİŞİKLİK

21 Sentyabr 2017 [23:12]


Ali təhsilin bakalavriat və magistratura səviyyələrində yeni ixtisaslar yaradılıb.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı” və "Ali təhsilin magistratura səviyyəsi üzə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda müvafiq dəyişiklik edib.

Dəyişikliyə əsasən bakalavriat səviyyəsi üzrə "Kənd təsərrüfatı ixtisasları qrupu” bölməsində bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik və şərabçılıq ixtisasları, ali təhsilin magistratura səviyyəsi üzrə "Kənd təsərrüfatı ixtisasları qrupu” bölməsində ekoloji kənd təsərrüfatı, "Mədəniyyət və incəsənət ixtisasları qrupu” bölməsində landşaft bağçılığı, "İqtisadiyyat və idarəetmə ixtisasları qrupu” bölməsində aqrobiznes ixtisasları yaradılıb.










SON XƏBƏRLƏR davamı
2017-10-24
2017-10-23












SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (11.36%)
Xeyir (88.64%)


TƏQVİM