Türkiyədə dəhşətli qətl hadisəsi baş verib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, ikinci dəfə ailə quran İsmanperi A. ilk nikahdan olan uşaq üstündə həyat yoldaşı Nurettin A. ilə mübahisə edib. Özünə nəzarəti itirən İsmanperi bıçaqla həyat yoldaşını ayağından yüngülcə yaralayıb. Gözü dönən Nurettin bıçağı götürərək hamilə yoldaşına bir neçə zərbə vurub. Nəticədə 8 aylıq hamilə qadın bətnindəki körpə ilə birlikdə həyatını itirib. 

Səs-küyü eşidən qonşular dərhal polisə xəbər verib. Polis cinayətkarı hadisə yerində yaxalayıb. 

Polis hadisəylə bağlı araşdırma aparır.