Bu gün Bakı şəhəri, Yasamal rayonunda yataqxana binasında yanğın baş verib.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, ilkin məlumata əsasən, binanın üçüncü mərtəbəsində mənzildə 12 m2 sahədə ev əşyaları yanıb. Yanğın zamanı binadan 10 nəfər təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə edilib. 

Qeyd edək ki, yanğın saat 09:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.