Müğənni Natavan Həbibi instaqram hesabındakı paylaşımı diqqət çəkib.

Unikal.org xəbər verir ki, sənətçi 2014-cü ildə "Crystal hall səhnəsinə çıxdığını vurğulayaraq videosunu yayımlayıb:

 "Və budur, düz 6 gündən sonra möhtəşəm "Crystal Hall səhnəsindəki konsertimizin baş tutmasının 3 ili olacaq. Belə səhnələrin yalnız xaricdə deyil, Azərbaycanda da olması incəsənətimizə verilən dəyərin göstəricisidir. 2014-cü ilin yaradıcılığımda "Konsert ili elan etmişdim. İstədim bir az keçmişə qayıdaq, nə də olsa tarix təkrarlanır.

İfaçının bu paylaşımından sonra hər iki müğənninin fanatları arasında mübahisə başlayıb. Müzakirələrin qızışdığını görən Natavan şərh bölməsini bağlayıb.

O, daha sonra ikinci paylaşım edərək hər kəsə uğur diləyib:

"Öncəki statusum bu qədər marağa, söz-söhbətə səbəb olacağını bilsəydim, çoxdan paylaşardım. Bu mənim yaradıcılığımdakı işlərimdən biridir, onu istənilən vaxt yayımlamağa haqqım var. 3, 5 və ya 10 il sonra... Və zaman anlayışı kimdəsə narahatçılıq yaradırsa, o da şəxsi işləridir. Hər kəsin yaradıcılığında müvəffəqiyyətlər.

Allah heç kəsin əziyyətini yerdə qoymasın. Narahatlığa nə səbəb, nə də ki yer yoxdur. Kiminsə əziyyətini kiçiltməyək. Bu işin nə qədər çətin, əziyyətli və bahalı olduğunu bizdən başqa kimsə bilə bilməz".