Xəbər verdiyimiz kimi, Mingəçevir şəhərində bir qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə 20 yanvar küçəsinin Heydər Əliyev prospekti ilə kəsişmə nöqtəsinə yaxın ərazisində qeydə alınıb. Belə ki, "66 AA 155 dövlət qeydiyyat nişanlı "Mercedes və "Mitsubishi markalı avtomobillər toqquşub. Qəza nəticəsində "Mitsubishidə olan mingəçevirli qadın Ağayeva Diliş Mehman qızı ağır xəsarət alıb. Yaralı taksi ilə şəhər xəstəxanasına çatdırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.

Unikal.org 66 AA 155 dövlət qeydiyyat nişanlı "Mercedes avtomobilnin kimə məxsus olmasını araşdırıb. 

Məlum olub ki, qəza törədən maşın Yevlax "Delfin MMC istehsalat müəssisəinə məxsusdur. Qəzanın Azad İsayev tərəfindən törədildiyi bildirilir. 

Qeyd edək ki, Yevlax "Delfin MMC-nin təsisçisi İsayev Azad Şəmil oğludur.