"Nar-ın öz istifadəçiləri üçün hazırladığı xüsusi "Dostunu "Nar-a gətir kampaniyası davam edir. Dost və yaxınlarını "Nar ailəsinə gətirmiş istifadəçilər operatordan balans üçün "mobil pul qazanırlar, yəni təklifdən faydalanmaq üçün öz dostlarına "Nar ailəsinə qoşulmağı tövsiyə etmiş hər bir kəsin balansına 5 ay müddətində hər dəfə dostunun öz balansını artırdığı məbləğdə pul gəlir.

Kampaniyada iştirak etmək üçün yeni abunəçi "Nar-ı ona tövsiyə etmiş şəxsin nömrəsini SMS vasitəsilə 7774 qısa nömrəsinə göndərməlidir. İştirakçıların nömrələri iki iş günü ərzində kampaniyaya qoşulur. Yeni abunəçi 5 ay ərzində hər dəfə öz balansını artırdıqda, "Nar-ı ona tövsiyə etmiş dostu da öz nömrəsinin balansı üçün eyni məbləğdə pul qazanır. Bu məbləğ şəbəkədaxili zənglər və SMS-lər üçün istifadə edilə bilər. Bir nəfərin tövsiyəsi ilə nə qədər çox dostu "Nar ailəsinə gəlsə, hər dəfə dostlarının öz balanslarını artırması ilə tövsiyə edən şəxs də o qədər çox pul qazanır. Dostunu "Nar-a gətirərkən, hər iki nömrənin balansına bonuslar gəlir. Yeni abunəçi kampaniyaya qoşulduqdan sonra hesabını ilk dəfə artırdıqda, balansına həmin məbləğdə bonus qazanır. Bu bonus 150 gün müddətində istifadə edilə bilər.
"Dostunu "Nar-a gətir kampaniyasında 90 gündən az olmayaraq şəbəkədə aktiv olmuş cari abunəçilər iştirak edə bilərlər. Nömrəni aldıqdan sonra yeni "Nar abunəçisinin tövsiyəçi dostunun nömrəsini 5 gün ərzində SMS vasitəsilə 7774-ə göndərmək imkanı var. "Dostunu "Nar-a gətir kampaniyasının iştirakçısı olan yeni abunəçi də öz dostlarını və tanışlarını şəbəkəyə dəvət edə və balansına pullar qazana bilər. Başqa sözlə, dostunu "Nar-a gətirən hər kəs 5 ay pulsuz danışır, dostu isə 1 aylıq danışıq qazanır.
Ətraflı məlumatı nar.az saytı, 777 qısa nömrəsi və sosial şəbəkələrdə 24 saat fəaliyyət göstərən "Nar dəstək xidmətindən əldə etmək olar.
"Azerfon şirkəti 21 mart 2007-ci ildə "Nar Mobile ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.