OPEK və quruma daxil olmayan ölkələrin növbəti nazirlər görüşü noyabrın 29-da Vyanada keçiriləcək.

Unikal.org-un məlumatına görə, görüş zamanı OPEK sazişinin icra olunmasına nəzarət məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, OPEK üzvləri və quruma daxil olmayan ölkələr ötən ilin sonundan neft hasilatını ümumilikdə gündəlik 1,8 milyon barrel azaltmaq barədə qərar qəbul ediblər.

Xatırladaq ki, bu ilin may ayında sazişin müddəti 2018-ci ilin mart ayınadək uzadılıb.