Tovuz rayonunda 2 yaşlı uşaq qaynar suda yanıb.

Unikal.org Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Qaraxanlı kəndində baş verib. Kənd sakini, 2015-ci il təvəllüdlü Həsənov İlham Maksim oğlu evdə oynayarkən ehtiyatsızlıqdan üzərinə qaynar su tökülüb.

Uşaq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.