Şəkidə iki uşaq atası intihara cəhd edib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, Şəki şəhəri, Girəkli küçəsində yaşayan, 1988-ci il təvəllüdlü Tehran Yusif oğlu Mustafayev bu gecə saat 03:30 radələrində qonşunun həyətində əncir ağacından özünü asaraq intihar etmək istəyib.
Tehran Mustafayev son anda atası tərəfindən xilas edilərək Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.
İlkin araşdırma zamanı məlum olub ki, həyat yoldaşından ayrılan Tehran Mustafayev övladlarını görə bilmədiyi üçün intihar etmək qərarına gəlib.
Tehran Mustafayevin bundan əvvəl də intihara cəhd etdiyi bildirilir.
Şəki MRX-dan APA-ya bildirilib ki, Tehran Mustafayevə xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra səhhəti stabilləşib, səhər evə buraxılıb.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.