Ötən günARB TV-nin"Səhər-səhər"proqramının çəkilişi zamanı aparıcısıElgiz Əkbərlə qonaq arasında gərginlik yaşanıb.

Belə ki, KİV-in yaydığı məlumata görə, proqramın aparıcısı Elgiz verilişdən uzaqlaşdırılıb.

Unikal.org milli.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı kanalınStrateji İnkişaf, Marketinq və Media direktoruİsmayıl Həsənovaçıqlama verib: "Bu məsələ ilə bağlı heç bir xüsusi iclas olmayıb "Səhər-səhər" verilişinin çəkilişi zamanı aparıcı ilə qonaq arasında müəyyən anlaşılmazlıq olub və gərginlik yaşanıb. Sonradan məsələ öz həllini tapıb. Burda böyüdüləcək bir şey yoxdur. Bazar ertəsi adıçəkilən veriliş Elgiz Əkbərin təqdimatında yayımlanacaq".