Ağcabədi rayonunun Muğanlı kəndində ağır yol qəzası baş verib.

Unikal.org Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, hadisə sentyabrın 22-də baş verib. Rayon sakinləri Rasif Quliyevin idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Şahmar Quliyevin idarə etdiyi "MTZ-80" markalı traktor toqquşub.

Nəticədə R. Quliyev xəstəxanaya aparılarkən yolda ölüb.