Tovuzda 13 yaşlı uşağı it dişləyib.

Unikal.org trend-ə istinadən məlumatına görə, rayonun Çırdaxan kəndində baş verib. Kənd sakini, 2004-cü il təvəllüdlü Abbasov Fədai İltifat oğlunu həyətlərində it dişləyib.

Yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Məlumata görə, it azyaşlıya bədəninin bir-neçə yerindən ağır xəsarət yetirib.