Rusiyanın Xabarovsk şəhərində azərbacyanlı Anar Allahverənovun ağırlıqqaldırma üzrə Rusiya və dünya çempionu Andrey Draçevi döyərək öldürməsinin yeni görüntüləri yayılıb.

Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, yeni yayılan videoda davadan əvvəlki və sonrakı hadisələri görmük ölür.

Xatırladaq ki, bu il avqustun 20-də kiqboksinq idman növü ilə məşğul olan azərbaycanlı Xabarovskdakı kafelərdən birinin qarşısında Draçevlə mübahisə edib və onu başından zərbə vuraraq yerə sərib. Daha sonra çempionun başına və sifətinə güclü zərbələr endirərək onu öldürüb. Bu qətl Rusiyada geniş rezonansa səbəb olub.

Allahverənovun barəsində beynəlxalq axtarış elan edilmişdi. O, bir neçə gün öncə Federal Təhlükəsizlik Xidmətinin Xabarovsk vilayət idarəsinə könüllü təslim olub.