Türkiyədə 5 yaşlı uşağa işgəncə verilib.

Unikal.org aznews.az-a istinadən xəbər verir ki, ata və anası ayrılan 5 yaşlı uşaq məhkəmənin qərarı ilə atasının himayəsinə verilib. Uşaq iki ildir ki atası və onun sevgilisi ilə eyni evdə yaşayıb. Atasının sevgilisi hər gün uşağı döyərək ona işgəncələr verib. Buna şahid olan qonşular polisə müraciət edib. Polis məsələni araşdırmaq üçün əraziyə gəlib. Lakin, qadın ifadəsində evli olmadığını və uşağının da olmadığını bildirib. Polis evdə axtarış apararkən uşaq digər otaqdan tapılıb. İşgəncə izləri görünməsin deyə uşağa ikiqat paltar geyindirilib, dişləri çəkilib, üzərinə qaynar su tökülüb və lezva ilə kürəyi yaralanıb. Faktla bağlı araşdırma başlayıb. Uşaq sığınacaqa yerləşdirilib. Onun öz doğma anasına hadisə ilə bağlı məlumat verilib.

Uşağın dayısı isə hadisə ilə əlaqədar bunları söyləyib: ''Uşaq bizdən gizlədilirdi, axırıncı dəfə Ankarada olduğunu eşitmişdik. Polis bizə məlumat verəndə şok olduq. Uşağın halı pisdi, analığı ona çox işgəncələr verib, atasına deyəndə isə oda uşağı döyüb. İndi ifadə verirlər, ən ağır cəzanı almaqlarını istəyirik. Uşağımızı almaq üçün müraciət edəcəyik, bizimlə yaşamasını istəyirik''.