Quba rayonunda qətl hadisəsi baş verib. 

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Əliməmmədoba kəndində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü Mahmudov Samir Ənvərşah oğlu münaqişə zəminində Xudat şəhər sakini 1963-cü il təvəllüdlü Əhmədov Eldar Abdulla oğlunu daşla başına vuraraq qətlə yetirilib. Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.