ABŞ-da naməlum şəxs iki polis zabitini güllələyib.

Unikal.org "CBSNEWS.com"-a istinadən xəbər verir ki, hadisə Konnektikut ştatında, Nyu-Haven şəhərində baş verib.

Xəbərdə qeyd olunur ki, hazırda polis əməkdaşları ilə hüquq-mühafizə orqanlarının əməkdaşlarınaatəş açan cinayətkar arasında atışma gedir.

Yaralanan polislərin həyatı üçün təhlükə olmadığı, onların xəsarətinin yüngülolduğubildirilir.