ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus bombardmançı təyyarələr Şimali Koreya sahillərinin şərqində uçuşlar həyata keçiriblər. 

Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərinə görə, bu barədə Pentaqonun bəyanatında bildirilir.

Məlumata görə, uçuşlar ABŞ-ın hərbi potensialının nümayiş etdirilməsi məqsədilə keçirilib.
Uçuşlar beynəlxalq hava məkanında həyata keçirilib.