Bakıda restoranlardan birində dava-dalaş olub. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Xətai rayonu Nobel prospekti 64 ünvanında yerləşən restoranda hələlik şəxsiyyəti məlum olmayan şəxslə 1984-cü il təvəllüdlü Məmmədov Elnur Vaqif oğlu arasında münaqişə yaranıb. Münaqişə zəminində həmin şəxs E.Məmmədovu döyərək ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Daha sonra həmin şəxs qaçaraq uzaqlaşıb.

Araşdırma aparılır.