Tovuzda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, başqa bir minik avtomobili ilə toqquşan "Mercedes markalı minik avtomobilinin sürücüsü 1989-cu il təvəllüdlü Arif Əsgərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.