Rusiya-Azərbaycan sərhədində Azərbaycandan idxal edilən 120 kq alma, 83 kq armud və 78 kq ərik saxlanılıb.

Bu barədə Rusiya Kənd Təsərrüfatı Nəzarəti İdarəsi məlumat yayıb.

Alma, armud və ərikdə zərərli "Şərq güvəsi aşkarlanıb və onların Rusiyaya idxalının qarşısı alınıb. Yük sahibləri inzibati məsuliyyətə cəlb olunub.