"Dövlətə xəyanətdə ittiham olunan hərbçilərlə bağlı istintaq tədbirləri aparılır"

Unikal.org-un xəbərinə görə, bunu bu gün jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev bildirib.

M. Quliyev deyib ki, istintaq məxfidir, çünki burda istintaq sirləri var: "Bu da təbiidir. Ona görə ki, hər bir dövlətdə digər dövlətlərin yırtıcı casus şəbəkəsi işləyir. Azərbaycanda da hüquq-mühafizə orqanları buna qarşı mübarizə aparırlar.