İmişli rayonunu Göbəktala kəndində "Mersedes" markalı iki minik avtomobili toqquşub.

Unikal.org-un APA-ya istinadən Mil-Muğan bürosunun məlumatına görə, qəza nəticəsində sürücülərdən biri, Göbəktala kənd sakini 1952-ci il təvəllüdlü Nəzərəliyev Firudin Əli oğlu kəllə-beyin travması alaraq İmişli rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.

Faktla bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılır.