Azərbaycanda yük avtomobilinin sürücüsünün səhlənkarlığı yolda təhlükəli vəziyyət yaradıb.

UnikL.org Avtosfer.az-a istinadən xəbər verir ki, "Shacman markalı, 99 DR 071 dövlət nömrə nişanlı avtomobilin sürücüsü daşıdığı qumun yerə dağılmasına əhəmiyyət verməyərək hərəkətini davam etdirib.

Bu cür yük daşıma qanunvericiliklə qadağandır. "Yol hərəkəti haqqında qanunun 57-ci maddəsinin III hissəsinin 5-ci bəndində qeyd olunub ki, daşınan yük ətraf mühiti çirkləndirməməlidir. Bu qaydanı pozan sürücüləri isə 40 manat məbləğində cərimə gözləyir.