Almaniyada federal məclisə seçkilər keçirilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, seçkilər 32,5 faiz səs toplayan Angela Merkelin başçılıq etdiyi Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı alyansının qələbəsilə başa çatıb.

İkinci yerdə Sosial Demokrat Partiyası (20%), ücüncü yerdə isə Almaniya üçün Alternativ Partiyası qərarlaşıb (13,5%).

Qeyd edək ki, seçkilərdə təxminən 61,5 milyon alman iştirak edib. Onların səsi uğrunda 42 partiya mübarizə aparıb.