Rusiya Silahlı Qüvvələrinin generalı Suriyada həlak olub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamada bildirilir ki, general-leytenant Valeriy Asapov minaatanlardan açılan atəş nəticəsində həlak olub. Deyr əz-Zor şəhərinin İŞİD-dən azad olunması əməliyyatında iştirak edən rusiyalı general hərbi müşavirlər qrupuna rəhbərlik edib.

V.Asapov komandanlıq tərəfindən ali dövlət mükafatına təqdim olunub.