Dağıstanda məktəbli qıza təcavüz edən azərbaycanlı saxlanılıb.

Unikal.org lent.az-a istinadən xəbər verir ki, hadisə sentyabrın 23-də baş verib.

Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, 20 yaşlı azərbaycanlı gənc yaşadığı binaya girən 11 yaşlı məktəbli qıza təcavüz edib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Təcavüzə uğramış məktəbli qıza psixoloji yardım təyin edilib.