Sabiq məmur Elnur Aslanovun obyektləri üzə çıxıb.

Unikal.org bildirir ki, şəhər şossesinin Zabrat hissəsində yerləşən obyektlərinin tikintisi yarımçıq qalıb. Uzun müddətdir həmin obyektlərdə tikinti işləri aparılmır. Bu isə Elnur Aslanovun vəzifədən çıxarıldığı zamana təsadüf edir.

Qeyd edək ki, PA-nın şöbə müdiri vəzifəsindən çıxarıldıqdan sonra E.Aslanov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri olub. Bir neçə ay əvvəl həmin vəzifədən də azad edilib.