Türkiyədə daha bir iyrənc hadisə baş verib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir kİ, 66 yaşlı kişi sosial şəbəkədə tanış olduğu 13 yaşlı qıza erotik mesajlar göndərib, ona əxlaqsızlıq təklif edib.

Hadisə Türkiyənin Sakarya şəhərində baş verib. 66 yaşlı "ağsaqqaldan erotik mesajlar alan qız qohumlarına xəbər verib. Bunu öyrənən qohum qızın adından kişi ilə görüş təyin edib. Görüşə qızı da aparıb.

Kişi qızı görüb ondan maşına minməsini istəyib. Bu anda uşağın qohumu kişini döyüb və kameraya çəkib.