Gədəbəydə törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, ilkin araşdırma zamanı məlum olub ki, Arıxdam kənd sakini, 1988-ci il təvəllüdlü Fariz Muxtarov 2 il əvvəl boşandığı həyat yoldaşı, 1988-ci il təvəllüdlü Mətanət Muxtarovanı alimentə görə öldürüb. Bəlli olub ki, 2 körpə uşaq valideyni olan cütlük boşanandan bəri aralarında gərginlik olub. F.Muxtarovun alimenti vaxtında ödəməməsi səbəbindən keçmiş xanımı yenidən məhkəməyə üz tutub. Bu səbəbdən F.Muxtarov keçmiş qayınatasının evinə gəlib və özü ilə gətirdiyi bıçaqla Mətanətin boğazını kəsərək onu öldürüb.

O da məlum olub ki, Farizin atası Şamil Muxtarovla qardaşı Kamil Muxtarov bu ilin avqust ayında həbs edilib. Ata və oğlu kəndin yaxınlığında 47 yaşlı traktorçu Telman Qurbanovu döyərək öldürdüklərinə görə həbs edilib və hazırda istintaq altındadırlar.

Qeyd edək ki, atası ilə qardaşının adam öldürməsindən sonra keçmiş həyat yoldaşını öldürən 29 yaşlı Fariz Muxtarov qaçıb və onun tutulması istiqamətində əməliyyat tədbirləri həyata keçirir.

09:09

Gədəbəydə qətl hadisəsi törədilib.

Unikal.org apa-ya istinadən verdiyi məlumata görə, rayonun Arıxdam kəndində 1988-ci il təvəllüdlü Fariz Muxtarov boşandığı həyat yoldaşı, 1988-ci il təvəllüdlü Mətanət Muxtarovanın başını kəsib.

Cinayəti törədən F. Muxtarov hadisə yerindən qaçıb. Hazırda hüquq-mühafizə orqanları onun tapılması istiqamətində əməliyyat tədbirləri həyata keçirir.

Məlumata görə F. Muxtarovla M. Muxtarova təxminən iki il əvvəl boşanıblar. Onların iki azyaşlı övladı var. Qətl hadisəsi M. Muxtarovanın atasının evində törədilib.

Faktla bağlı araşdırma aparılır.