Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange) birjasında "Layt markalı neftin bir barrelinin qiyməti 0,04 dollar ucuzlaşaraq 50,75 dollar, Londonun ICE ("InterContinental Exchange Futures) birjasında "Brent markalı neftin bir barrelinin qiyməti 0,01 dollar bahalaşaraq 57,01 dollar təşkil edib.

Unikal.org xəbər verir ki, "AzəriLayt markalı neftin bir barrelinin qiyməti isə 1,02 dollar bahalaşaraq 58,94 dollar olub.