Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Vəfa Dadaşovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib. V.Dadaşova ibtidai sinfə qədər uşaqların hazırlığı ilə məşğul olduğunu deyib. İclasda çıxış edən zərərçəkmişlər bildiriblər ki, V.Dadaşova istintaq müddətində onları şantaj edib və onlar barəsində internetdə məlumatlar yerləşdirib. Zərərçəkmiş şəxslər onun barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib. Dövlət ittihamçısı Fərid Nağıyev də həbs qətimkan tədbirinin seçilməsini istəyib.

Müşavirədən sonra qərar elan edilib. Qərara görə, onun barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalından həbs edilib.

Məhkəmənin baxış iclası oktyabrın 12-nə təyin edilib.

Qeyd edək ki, zərərçəkmiş şəxslərdən biri Pərviz İsmayılov İsmayıllı rayon Polis Şöbəsinin rəis müavinidir. Digər zərərçəkmiş isə həkimdir.