Gözəlliyi ilə hər kəsin diqqətini cəlb edən rus model Tanya Mityushina, ötən gün axşam dostları ilə yeməyə çıxıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Mityushina və onun dostları Hollywoodda restorana gedib. Modeli restoranda jurnalistlər qarşılayıb. O, uzun geyimli yarıq paltarı  ilə diqqət çəkib.

Qeyd edək ki, Tanyana Rusiyanın Perm vilayətində doğulsa da ABŞ-da yaşayır.