"Bavariyanın yeni baş məşqçisinin adına aydınlıq gəlib. 
Unikal.org-un məlumatına görə, Karlo Ançelottinin istefasından sonra boşalan vakant posta Yup Haynkes gətirilib. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, 72 yaşlı mütəxəssis bununla 4-cü dəfə münhenliləri çalışdıracaq. O, daha əvvəl 1987-1991, 2009, 2011-2013-cü illərdə bu vəzifədə işləyib.