Azərbaycanlı qadın Türkiyədə tanışı tərəfindən təcavüzə uğradı.

Unikal.org xəbər verir ki, hadisə dünən Samsun əyalətində baş verib. Əldə edilən məlumata görə, 41 yaşındakı Azərbaycanlı 2 uşaq anası Arzu İsmayilova, borc pul istədiyi tanıdığı Samsunlu R.P-dən pulu almaq üçün evinə gedib.

İddiaya görə, Arzu İsmayilova evdə R.P.-nin cinsi hücumuna məruz qalıb və sonda kezzap deyilən yandırıcı mayeni üzərinə töküb.

Yaralanan qadın özünü evin eyvanından çölə atıb. Küçədə insanların köməkliyi ilə xəstəxanaya aparılıb.

Hazırda hadisə ilə bağlı araşdırma aparılsa da, hadisəni törədən şəxs həbs edilməyib.

Qeyd edək ki, Arzu İsmayilova 4 il əvvəl Azərbaycandan Türkiyənin Samsun əyalətinə çörək pulu qazanmaq üçün işləməyə gedib.