Bakıda qaldığı oteldə oğurluq edən xarici vətəndaş saxlanılıb.

Unikal.org DİN-in saytına istinadən verdiyi məlumata görə, Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 5-də rayon ərazisində yerləşən hotellərin birində xadimə işləyən 2 qadının çantasından ümumilikdə 580 manat və 40 lari pul oğurlamaqda şübhəli bilinən, həmin hoteldə turist kimi qalan bir əcnəbi vətəndaş tutulub.

Faktla bağlı araşdırma aparılır.