Bu gün DÇ-2018-in seçmə mərhələsində milli komandamız Almaniya ilə qarşılaşacaq. 

Unika.org xəbər verir ki, bu oyunda rəqibin əsas futbolçularından biri Yulian Draksler çıxış etməyəcək.

Bu barədə Almaniya Futbol İttifaqından açıqlama verilib. Fransa PSJ-sində çıxış edən forvardın qripə yoluxduğu üçün heyətdən çıxarıldığı bildirilib.
Qeyd edək ki, Kayzerslautern şəhərindəki "Frits Valter" stadionunda keçiriləcək Almaniya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.