Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində son oyununa başlayıb.

Unikal.org-un məlumatına görə, Robert Prosineçkinin baş məşqçi olduğu kollektiv Almaniya yığmasının qonağıdır.

C qrupunda 9 turdan sonra Bundestim 27 xalla 1-ci pillədə qərarlaşıb. Yoahim Lövün rəhbərlik etdiyi komanda Rusiyada keçiriləcək final mərhələsinə vəsiqəni hələ ötən tur rəsmiləşdirib. Azərbaycan isə 10 xalla 5-ci yerdədir.

Qeyd edək ki, iki komanda arasında martın 26-da Bakıda keçirilmiş görüşdə Almaniya millisi 3:1 hesablı qələbə qazanıb. Həmin vaxt Azərbaycan yığmasının yeganə qolunu Dmitri Nazarov vurub.
Dünya çempionatı

Seçmə mərhələ, C qrupu

Almaniya - Azərbaycan
Baş hakim: Andris Treymanis
Yan xətt hakimləri: Harald Gudermanis, Aleksey Spasyonnikov
Dördüncü hakim: Aleksandr Qolubev (hamısı Latviya)
Kayzerslaytern. Fritz Valter stadionu.

***

Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Almaniya yığması ilə Azərbaycan milli komandası arasında görüşdə hesab açılıb.

Unikal.org xəbər verir ki, Almaniya yığmasının oyunçusu Leon Qoretska 8-ci dəqiqədə meydan sahiblərini hesabda irəli çıxarıb. Almaniya: Azərbaycan - 1:0


***

34-cü dəqiqədə millimiz hesabı bərabərləşdirdi. Ramil Şeydayev uzun reyddən sonra müdafiəçini aldadaraq topu qapıya göndərib.

***00:09

Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Almaniya yığması ilə Azərbaycan milli komandası arasında görüşdə hesab dəyişib.

Unikal.org-un məlumatına görə, Almaniya yığmasının oyunçusu Sandro Wagner matçın 54-cü dəqiqəsində meydan sahiblərini hesabda irəli çıxarıb: Almaniya - Azərbaycan - 2:1

***


Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Almaniya yığması ilə Azərbaycan milli komandası arasında görüşdə hesab növbəti dəfə dəyişib.

Unikal.org-un məlumatına görə, Almaniya yığmasının oyunçusu Antonio Ruediger 64-cü dəqiqədə meydan sahiblərini növbəti dəfə hesabda irəli çıxarıb - Almaniya-Azərbaycan - 3:1.

***00:14

Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Almaniya yığması ilə Azərbaycan milli komandası arasında görüşdə hesab dəyişib.

Almaniya yığmasının oyunçusu Emre Can 81-ci dəqiqədə hesab arasındakı fərqi artırıb: Almaniya-Azərbaycan - 5:1