Neftçalada çobanlıq edərkən etdiyi ifa ilə məşhurlaşan Pərvin Səfərov "O səs Türkiyə yarışmasında iştirak edib.

Unikal.org xəbər verir ki, Pərvin yarışmada "Nazəndə sevgilim mahnısını ifa edib.

Qeyd edək ki, Pərvinin ifasını bəyən jürilərdən Hakan, Hadisə və Murad Boz onu komandasında görmək istəyib. Verilişin aparıcısı Acun Ilıcalı isə onun haqqında məlumat verib və onu məşhurlaşdıran videonu da ekranda nümayiş etdirib.