Bakıda Cüdo Mərkəzinin yaradılması uzun müddət gündəmdə olub. Nədənsə, mərkəzin açılması bir ildən çoxdur ki, gecikir.

Məsələ ilə bağlı Azərbayan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı ilə əlaqə saxladıq. Baş katib unikal.org-a açıqlamasında Rövnəq Abdullayevin rəhbəri olduğu qurumun ən gec iki ay ərzində idmançılara sürpriz edəcəyini bildirib:

"Bununla bağlı iş gedir. Yaxın günlərdə, ən geci iki ay ərzində Cüdo Mərkəzinin sorağını eşidəcəksiz. Mərkəzin açılışı olacaq. Hələlik milli komandamız icarə əsasında köhnə "Neftçibazada məşq edir. Ola bilsin ki, Cüdo Mərkəzi daha tez açılsın. Yeni mərkəzin harada yerləşdiyini açıqlaya bilmərik.

Aygün İlqarqızı