Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin tarixi məlum olub.

Unikal.org-un məlumatına görə, diplomatik mənbələrdən APA-ya bildirilib ki, səfər oktyabrın 30-da baş tutacaq.

R. T. Ərdoğanın səfər zamanı bir sıra görüşlər keçirməsi gözlənilir. Bundan başqa, səfər çərçivəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının keçirilməsi nəzərdə tutulub.
Türkiyə prezidentinin oktyabrın 30-da Bakıda keçiriləcək Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin açılışında iştirakı də gözlənilir.