Rəsmi Ankara ABŞ tərəfinin Türkiyə vətəndaşlarına viza verilməsini dayandırmaq qərarından təəssüf edir.

Unikal.org-un "Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada, Ukraynalı həmkarı Petro Poroşenko ilə Kiyevdə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

"ABŞ-ın Ankaradakı səfirliyinin qərarı bizi təəssüfləndirdi. Türkiyə hüquqi dövlətidir. Biz bir qəbilə və ya qəbilə dövləti deyilik. Bu səbəbdən Türkiyənin Vaşinqtondakı səfirliyi eynilə cavab verib, deyə Ərdoğan qeyd edib.