Gürcüstandan Azərbaycanda gələrkən 320 ədəd fişəngi gizli yolla keçirməyə çalışan şəxs saxlanılıb.

Unikal.org Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "BMW-520" markalı avtomobilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı, avtomobilin yük yerində xüsusi düzəldilmiş gizli saxlanc yerində 320 ədəd "Sterminator" adlı fişəng aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.